MN: `Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub`

MN: `Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub`

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Mod.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + eleven =