MN: Tərxis olunan qazilər Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciət edə bilərlər
“Ordudan tərxis olunmayan hərbi qulluqçular istənilən vaxt Müdafiə Nazirliyinin müalicə müssisələrinə müraciət edə bilərlər. Onların müraciəti ilə bağlı heç bir problem yoxdur”.
Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.
O bildirib ki, ordudan tərxis olunan şəxslər Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində olan xəstəxanalara müraciət edə bilərlər:
“Həmin şəxslər bizə müraciət edəndə onları hansı yerlərdə müalicə olunmaq lazımdırsa, ora yönləndiririk. İndi qazilərimizə respublikada həddindən artıq hörmət var”.
Report