Möhsin Rzayi Azərbaycan və İran barəsində belə dedi: Biz iki ölkə bir millətik

Möhsin Rzayi Azərbaycan və İran barəsində belə dedi: Biz iki ölkə bir millətik

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın “Ölkə Mənafeyinin Təşxisi Şurasının” sədri Möhsün Rzayi  dünən İİR-nın Qum şəhərində, Elmiyyə Hövzələrinin İdarəetmə Mərkəzində keçirilən “17 Rabiül-əvvəl, Qarabağ mövzusunda ən yüksək dialoq” beynəlxalq konfransında etdiyi çıxışında belə deyib: “Ümid edirik ki, Qarabağ mövzusunda keçirilən bu konfrans son mərasim olmayacaq.”

Möhsün Rzayi Azərbaycan məsələsinin yalnız qonşuluqla məhdud olmadığını vurğulayaraq deyib: “Biz iki ölkə bir millətik və Azərbaycan bir çox digər qonşularımızdan fərqlidir. Bizlər ortaq bir mədəniyyətə, dinə, tarixi keçmişə sahib bir millətik. Xalqımız Azərbaycanın çarların əlindən qurtuluşu üçün minlərlə şəhid qurban verib və Bakı qəbiristanlığında İranın müxtəlif əyalətlərindən olan qəhrəman şəhidlər uyumaqdadır. İran xalqı Azərbaycan üçün etdiyi bu fədakarlıqdan qürur duyur.”

O, belə əlavə etmişdir: “Dağlıq Qarabağ Azərbaycana məxsus olmalı, bütün ölkələr onu tərk etməli və Azərbaycan xalqının özü öz vətənlərinə sahib çıxmalıdırlar. Ermənistan isə ərazilərin qalan hissəsini də Azərbaycana təhvil verməlidir.”

Möhsin Rzayi çıxışında çıxışında deyib: “İki ölkə bir millətik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =