Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Azərbaycan yığmasının noyabrın 16-da Moldova ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Kişinyovda keçiriləcək qarşılaşma ukraynalı hakimlər briqadasına tapşırılıb.

Görüşü Denis Şurman idarə edəcək. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcəklər. Dördüncü hakim funksiyasını Roman Jitari yerinə yetirəcək.

Qeyd edək ki, “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =