Monrealda avtobus uşaq bağçasına çırpılıb, ölənlər və yaralananlar var
Kanadanın Monreal şəhərində sərnişin avtobusu uşaq bağçasına çırpılıb.
“Report” “CTV News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 uşaq həlak olub, 6 azyaşlı isə yaralanıb.
Bildirilib ki, avtobusun 51 yaşlı sürücüsü saxlanılıb. O, adamöldürmə və nəqliyyat vasitəsini təhlükəli sürməkdə ittiham olunur.
Region rəhbərliyi ölən və yaralananların dəqiq yaşını açıqlamayıb.
Report.az