Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək
Namizədlərdən heç biri səslərin yarısından çoxunu toplaya bilmədiyi üçün Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək.
APA-nın məlumatına görə, Monitorinq Mərkəzinin (CEMI) bazar günü açıqladığı məlumatlara əsasən, seçkilərdə hazırkı prezident Milo Cukanoviç liderlik edir.
CeMI-nin məlumatına görə, bülletenlərin 46,2%-ni sayıldıqdan sonra Cukanoviç 37% səs toplayıb.
Qanuna görə, seçkilərin ikinci turu aprelin 2-də keçiriləcək.
Apa.az