Monteneqronun yeni prezidentinin inaqurasiya mərasimi keçirilib

Monteneqronun yeni prezidentinin inaqurasiya mərasimi keçirilib

Monteneqroda keçirilən prezident seçkilərinin qalibi Yakov Milatoviçin inaqurasiya mərasimi keçirilib və o prezident səlahiyyətinin icrasına başlayıb.

APA TASS-a istinadən xəbər verir ki, mərasim tarixi Çetinye şəhərində deyil, paytaxt Podqoritsada baş tutub.

Aprelin 2-də keçirilən seçkilərdə uduzan keçmiş prezident Milo Cukanoviç, Serbiya Prezidenti Aleksandar Vuçiç, Xorvatiya Prezidenti Zoran Milanoviç, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar, eləcə də çoxlu sayda rəsmi şəxslər və səfirlər təntənəli mərasimdə iştirak ediblər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 12 =