Moskva: ABŞ sanksiyaları İran-Rusiya əməkdaşlığına təsir göstərməyəcək
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Rusiya Xarici İşlər Nazirinin müavini ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiyaların Moskvanın Tehranla davamlı əməkdaşlığına təsir etməyəcəyini vurğuladı.
Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bu gün (Çərşənbə axşamı) ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiyaların Moskvanın Tehranla əməkdaşlığına siyasi və iqtisadi təsir göstərməyəcəyini vurğuladı.
Rusiyanın İnterfaks xəbər agentliyi bildirir ki, ABŞ dünən təktərəfli bir hərəkətlə İran qurumlarına qarşı yeni sanksiyalar tətbiq etdi.
Tramp verdiyi açıqlamada İranın silahlanmasında iştirak edən 27 şəxs və quruma yeni sanksiya tətbiq etdiyini söylədi.
Ryabkov Vaşinqtonun yeni tədbirlərinə toxunaraq dedi: “Moskva İranla əməkdaşlıq edərək ABŞ sanksiyalarının mümkün təsirlərindən qorunmaq üçün addımlar atır.”
Bundan əvvəl Rusiya Xarici Əlaqələr Komitəsinin sədri Vladimir Dejabarovla dünən (bazar ertəsi) Donald Trampın sanksiyalarına baxmayaraq, Rusiyanın İranla hərbi əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.