Moskva: Biz Yaxın Şərqdə gərginliyi azaltmaq üçün əməkdaşlığa hazırıq

Moskva: Biz Yaxın Şərqdə gərginliyi azaltmaq üçün əməkdaşlığa hazırıq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İsrail və İran arasında münaqişənin şiddətlənməsinin böyük müharibəyə səbəb ola biləcəyini bəyan edərək Yaxın Şərqdə geosiyasi vəziyyəti sabitləşdirmək üçün regional və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığa hazır olduqlarını elan edib.

İRNA-nın məlumatına görə, Mariya Zaxarova bu gün (6 avqust) deyib: Hal-hazırda münaqişənin bütün tərəfləri hücum və qarşıdurmaya hazır olduqlarını bəyan edir. Bu isə Yaxın Şərqdə yeni təhlükələr yaradır və mövcud hərbi-siyasi vəziyyətin böyük müharibəyə çevrilməsinə gətirib çıxara bilər.

Zaxarova həmçinin qeyd edib: Biz Yaxın Şərq münaqişəsinin daha da genişlənməsinə gətirib çıxaran hər hansı bir mövqedən əl çəkməyin zəruriliyi ilə bağlı qəti və prinsipial mövqeyimizi bir daha vurğulayırıq.

Zaxarova əlavə edib: Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin yaxşılaşdırılması zəminində ikitərəfli kanallar və müxtəlif beynəlxalq platformalar vasitəsilə tərəflərə çatdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − three =