Moskva Qarabağda “rus icması” planını aktivləşdirir

Moskva Qarabağda “rus icması” planını aktivləşdirir



Qondarma “rus icması” layihəsində separatçıların və Moskvanın öz planları var.

Separatçılar “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarını Moskvanın təminatı altına alınmasına çalışır: Araikin “Rusiya Mədəniyyət Evləri”nin açılması istiqamətində işlərin getdiyi haqda açıqlaması da buna hesablanıb;

Rusiya Qarabağda mövcudluğunu davam etdirməyin müxtəlif ssenarilərini düşünür, xüsusilə ermənilərlə yanaşı, “rusları qorumaq” əsasları da hazırlanır.

Bu, mümkün sülh sazişindən sonrakı dövrə hazırlıqdır. Rusiya Brüssel razılaşmasının praktiki mərhələdə işləməsinə qarşı addımlar atmaqla özünün “hakim vasitəçiliyini” qorumağa çalışsa da, bölgənin gələcəyi üçün sülh sazişinin qaçılmaz olduğunu da anlayır, rus masasında imzalanan üçtərəfli razılaşmaların işləməsi baxımından da bu baş tutmalıdır. Onu da anlayır ki, Qarabağa “status”un verilməsi faktiki sıradan çıxıb, bundan sonra bölgədə “erməni icması” və “Azərbaycan icması” arasında münasibətlərin qurulması adı ilə daha uzun müddətə qalmaq perspektivi mümkün ola bilər.

Və bura “rus icması”nın da əlavə edilməsi Moskvanın planını gücləndirəcək amildir.

Rəsmi Bakı Moskvaya Azərbaycan ərazisində ikinci “rus icması”na ehtiyacın olmadığını izah etməlidir. Bu prosesdə Azərbaycanın Rus İcmasının üzərinə də böyük iş düşür:

– Bordovu İcmanın “qara siyahı”sına salmalı, onlardan olmadığını elan etməlidirlər;
– Qarabağdakı rus əsilli olanlarla işləməlidirlər;
– Rusiya rəhbərliyinə Azərbaycan ərazisinə ikinci icmanın yaradılmasınə qəbul etmədikləri haqda müraciət ünvanlamalı, ikinci icmanın yaradılmasının əsas icma ilə münasibətlərdə problemə yol açdığını anlatmalıdırlar;

Azərbaycanın Rus İcmasın Qarabağda qondarma “rus icması” layihəsi dövriyyəyə salınandan indiyə hələ də heç bir reaksiya verməyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =