Moskva Vaşinqtondakı səfirini geri çağırdı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü ölkəsinin Vaşinqtondakı səfirinin bəzi məsləhətləşmələr üçün geri çağrıldığını açıqlayıb.
Bu xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü çağırışın səbəbinin Moskvanın Vaşinqtonla gələcək münasibətlərinin perspektivlərini müəyyənləşdirməyə çalışması olduğunu söyləyib.
Mariya Zaxarova əlavə edib ki, Rusiya iki ölkə arasındakı münasibətlərin zəifləməsinin qarşısını almaqda maraqlıdır və bu səbəbdən də ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılmasına çalışır.
ABŞ Ticarət Nazirliyinin veb saytı bir neçə saat əvvəl Vaşinqtonun Rusiyaya ixracata yeni məhdudiyyətlər tətbiq etdiyini elan edən bir açıqlama verib.
ABŞ Ticarət Nazirliyinin açıqlamasına görə, yeni məhdudiyyətlər kimyəvi fəaliyyətlərdə istifadə edilə bilən həssas texnologiyaların Rusiyaya ixracına şamil olunur.