Moskvada əlverişsiz hava şəraiti səbəbindən 54 reys gecikib və ya ləğv edilib
Əlverişsiz hava şəraiti Moskvanın hava limanlarında 54 təyyarə reysinin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, “Domodedovo” hava limanında 10 reys gecikib, 1-i ləğv olunub, “Vnukovo”da 3 reys gecikib, 5-i ləğv olunub.
Şeremetyevo hava limanında bu göstərici müvafiq olaraq 10 və 1-ə bərabərdir.
Report.az