Moskvada hərbi hissələrdən birində yanğın baş verib

Moskvada hərbi hissələrdən birində yanğın baş verib

Rusiyanın paytaxtı Moskvada hərbi hissələrdən birində yanğın baş verib.

“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, yanğın Moskvanın Şərq İnzibati Dairəsində yerləşən bölmənin ərazisindəki qarajlarında baş verib. Yanğın 200 kvadratmetrə yaxın sahəni əhatə edib. Söndürmə işlərinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisənin səbəb, itkilər və dəyən ziyan barədə məlumat verilməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =