Moskvada “MiQ” qırıcıları üçün mühərrik hazırlayan zavodda yanğın olub, 3 nəfər yaralanıb

Moskvada “MiQ” qırıcıları üçün mühərrik hazırlayan zavodda yanğın olub, 3 nəfər yaralanıb

Rusiyanın paytaxtı Moskvada “MiQ” döyüş təyyarələri üçün mühərriklər istehsal edən V.V. Çernışev adına zavodda yanğın baş verib və nəticədə 3 nəfər yaralanıb.

“Report” Rusiya KİV-inə istinadən bildirir ki, yanğın zavodun inzibati binasında qeydə alınıb.

Yaralılara tibbi yardım göstərilib.

Qeyd edək ki, V.V.Çernışev adına Moskva Maşınqayırma müəssisəsi 1932-ci ildə qırıcılar üçün xüsusi mühərriklər hazırlamaq məqsədi ilə yaradılıb. Hazırda zavod “Rostex” dövlət şirkətinin tərkibindədir. Bu müəssisə “MiQ-29” və “MiQ-35” döyüş təyyarələri üçün mühərriklər istehsal edir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − one =