Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Rusiya paytaxtında həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısı alınıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, terror aktına hazırlıq şübhəsilə saxlanılan şəxs Rusiya vətəndaşıdır. O, insanların sıx toplaşdığı məkanlardan birində kustar üsulla hazırlanan partlayıcını qurğunu işə salmaq istəyib.

Cinayətkar tərəfindən hazırlanmış gizli saxlanc yerində partlayıcı cihazın elementləri, onlardan istifadə barədə təlimatlar, eləcə də Suriyada məskunlaşmış beynəlxalq terror şəbəkəsi üzvlərilə yazışmaları aşkar olunub.

Faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + three =