Moskvanı narahat edən “ciddi sual”a Baydendən GÖZLƏNİLMƏZ CAVAB

Moskvanı narahat edən “ciddi sual”a Baydendən GÖZLƏNİLMƏZ CAVAB

Publika.az “Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Nəşr qeyd edir ki, Ukrayna bunda israrlıdır, Moskva isə bu “etiketin” Amerika-Rusiya əlaqələrini pozacağı ilə bağlı xəbərdarlıq edib.

“Rusiya terrorizmin himayədarı hesab edilməlidirmi” sualına Bayden Ağ Evdə jurnalistlərə belə cavab verib: “Xeyr”.

Bundan əvvəl ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsinin mümkün mənfi nəticələri ilə bağlı narahatlığını bildirib.

Bu halda Ukrayna taxılının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Rusiya məhsullarının ixrac üçün tədarükü ilə bağlı İstanbulda çoxtərəfli razılaşmalar təhlükə altında olacaq. Nüvə silahı sahəsində sazişlər çərçivəsində işi davam etdirmək çətinləşəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + fourteen =