Mossad Dubayda ofis açmaq istəyir

Mossad Dubayda ofis açmaq istəyir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Cakob Fridman (ABŞ-ın İsraildəki keçmiş səfiri Devid M. Fridmanın oğlu) öz Twitter hesabında İsrailin Alternativ Baş Naziri və Xarici İşlər Naziri Yair Lapidin Birləşmiş Ərəb Əmirliklərinə gözlənilən səfəri barədə məlumat verib. Orta Şərqin qovşağı olan Dubayda bir Mossad ofisi yaradılacağı gözlənilir.

Cakob bildirib ki, bu, Mossadın Dubaydakı mövcud şəraitdən – ən böyük kəşfiyyat və casusluq əməliyyatlarını həyata keçirmək, həmçinin qonşu Ərəb və İslam ölkələri üzərindəki təsirini genişləndirmək, ticarət və turizm və s. məqsədlərlə Dubaya səfər edənləri izləmək üçün bir baza olaraq böyük bir fürsətdən istifadə etməsini təmin edəcəkdir.

Qeyd olunan tvitin tərcüməsi isə budur: “Yair Lapidin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Mossad ofisinin Dubayda yaradılacağı barədə məlumat aldım. Dubayın Yaxın Şərqin qovşağı olduğunu nəzərə alsaq, Mossad onun vasitəsilə ən böyük kəşfiyyat və casusluq mənbəyindən istifadə edə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − nine =