Mossad tərəfindən İordaniyada Xalid Məşəlin uğursuz sui-qəsdinə bir nəzər
Mossad-ın keçmiş rəhbəri İordaniyada Xalid Məşələ qarşı uğursuz sui-qəsd cəhdinin və ondan sonra Tel-Əviv və Əmman arasındakı böhranın və bu böhranın həlli üçün aparılan danışıqların yeni təfərrüatlarını təqdim edib.
Sionist rejimin HƏMAS-ın İordaniyadakı liderlərindən biri olan Xalid Məşələ qarşı uğursuz sui-qəsd cəhdinin 25-ci ildönümü yaxınlaşdığı bir vaxtda ibrani saytı (“The Times of Israel”) Mossad-ın keçmiş rəhbəri Efraim Holloveylə müsahibə aparıb.
“Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, bu uğursuz sui-qəsd 1997-ci il sentyabrın 25-də sionist rejimin o zaman Həmas-ın hərbi qolunun komandiri olmuş və Ommanda yaşayan Məşəli öldürmək qərarına gəlməsindən sonra baş verib.
Bu məlumatagörə, iki Mossad agenti küçədə Məşəlin üzərinə zəhərli maddə çiləməli idi. Bu iki agentdən biri onun diqqətini cəlb etmək üçün Xalid Məşəlin qarşısında içki şüşəsini açmalı, digəri isə məşəlin boynuna zəhərli maddə tökməli idi.
Bu plan elə bir şəkildə getdi ki, Məşəl kabinetinə girmək üçün maşından düşdü, lakin agentlərdən birinin Məşəlin üzərinə zəhərli maddə səpdiyi anda qızının maşındakı qəfil qışqırıqları onun qəfil arxasına baxmasına səbəb oldu. Beləliklə agent işini tamamilə bitirə bilmədi, çaşqınlıq içində olan digər agent isə şüşəni aça bilmədi.
Müvafiq olaraq, Xalid Məşələ hücuma məruz qaldığını dərhal anladı və sürətlə hadisə yerini tərk etdi. Digər tərəfdən, iki agent qaçmağa çalışarkən İordaniya polisi tərəfindən həbs edilib.
Şəhərin kənarında olan digər Mossad agentləri də sionist səfirliyinə qaçdılar. Bu sui-qəsd cəhdində istifadə edilən zəhər bədənlə təmas etdikdə insanı bir neçə saat ərzində öldürə bilən fitanildən əldə edilib.
Təcili xəstəxanaya çatdırılan Xalid Məşələ vəziyyəti sürətlə pisləşib.
Bununla bağlı Hollovey dedi: O zaman İordaniya padşahı Hüseyn son dərəcə qəzəbli idi və İsrailin öz ölkəsini təhqir edərək, bu əməliyyatda iki ölkə arasında əməkdaşlıq olduğu görüntüsü yaraddığını düşünürdü.
Buna görə də o, hədələdi ki, Məşəl ölərsə, iki [Mossad] agenti də eyni aqibəti yaşayacaq. Bu səbəbdən Ommandakı həkimlər Məşəlin həyatını xilas etməyə çalışarkən, İsrail hakimiyyəti iordaniyalılara panzəhəri vermək üçün tez müdaxilə edib.