MOSSAD və Qətər kəşfiyyatı arasında müzakirə

İsrailin kəşfiyyat xidməti MOSSAD-ın əməkdaşları ilə qətərli həmkarları arasında danışıqlar keçirilib
Bu barədə MOSSAD-ın məlumatında deyilir.
Bildirilib ki, şənbə günü qeyri-müəyyən müddətə İsrailə gələn qətərlilərlə HƏMAS-ın saxladığı girovlar, Dohanın vasitəçiliyi ilə Qəzzada əldə edilmiş atəşkəsin digər elementləri ilə bağlı müzakirələr aparılıb.
Belə ki, ölkələr arasında rəsmi səviyyədə əlaqələrin olmamasına baxmayaraq qurumlar arasında sıx əməkdaşlığın mövcudluğu vurğulanıb.