Mossad və terrorçuların qərargahına raket hücumları milli təhlükəsizlik əleyhinə hərəkət edənlərə cavabımızın bir hissəsi idi

Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Terror qlobal bir təhlükədir. İran birgə regional və beynəlxalq əməkdaşlıq çərçivəsində terrorla mübarizədə qərarlıdır.”
İRNA-nın xarici siyasət sahəsi üzrə bölməsinin verdiyi xəbərə əsasən, Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İran İslam Respublikasının Ərbildəki Mossad-a bağlı mərkəz və İdlibdəki terrorçulara bağlı qərargahına qarşı hərbi əməliyyatı haqda deyib: “Görülən tədbir ölkənin suverenliyi və təhlükəsizliyinin güclü müdafiəsi, terrorizmlə mübarizə istiqamətində olub və İslam Respublikasının ölkənin təhlükəsizliyini pozanlara qarşı ədalətli cəzasının bir hissəsi idi.”
Diplomatik aparatın sözçüsü əlavə edib: “Terror geniş yayılmış qlobal təhlükədir və İran birgə regional və beynəlxalq əməkdaşlıq çərçivəsində terrorla mübarizədə qərarlıdır.”