Mossadın keçmiş rəhbəri: Hizbullahla müharibə İsrailin xeyrinə deyil
İsrail kəşfiyyat xidmətinin (Mossad) keçmiş rəhbərlərindən biri İsrailin 7 oktyabr faciəsinə səbəb olan səhv hesablamalarından dərs almalı olduğuna işarə edərək, Hizbullahla müharibənin İsrailin xeyrinə olmadığını vurğulayıb.
Sionist mediası Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın çıxışından sonra bu rejim dairələri arasında qorxu yarandığını etiraf etdikdən sonra İsrailin şimalında (İşğal olunmuş Fələstin) bir neçə yolun bağlandığını elan edib.
Bu çərçivədə sionist Kan şəbəkəsi bildirib ki, Nəsrullahın hədələrindən sonra İsrail rəsmiləri şimalda bir neçə yolun bağlanmasına göstəriş verib.
Digər tərəfdən, Mossadın keçmiş rəhbəri Dani Yatom Livan müqaviməti ilə müharibənin nəticələrindən narahatlığını ifadə edərək, Hizbullah ilə müharibə cəbhəsinin açılmasının İsrailin xeyrinə olmadığını açıqlayıb.
O, vurğulayıb ki, bu gün İsrail müqavimət oxuna qarşı təkdir və Amerikanın rəhbərlik etdiyi “liberal demokratik” oxun əvəzinə İsrail onunla vuruşmağa məcburdur.
Mossad kəşfiyyat xidmətinin bu keçmiş rəhbəri deyib: Oktyabrın 7-də İsraili xilas etmək üçün bizə 2 təyyarədaşıyıcı lazım olduğunu biləndə çox sarsıldım.
Biz “ayaqyalınlar” (HƏMAS qüvvələri) ilə vuruşduğumuzu düşünürdük, lakin İsrail bu cəfəngiyyata qayıtmamaq üçün bu faktdan dərs almalıdır.
İşğalçı rejimin ordu qərargahının keçmiş komandiri və bu ordunun ehtiyatda olan generalı Qerşon Hekohen də deyib: Şimalda vəziyyətimiz çox pis və ağırdır, misli görünməmiş və fəlakətli vəziyyətdəyik.
Sionist rejim televiziyasının 13-cü kanalı da xəbər verib:
Biz 1967-ci ildə yaşamırıq. İndi İsrailin Hizbullahı geri oturtmaq üçün müharibəyə girəcək nə ordusu, nə də gücü var və İsrailin bununla bağlı qaldırdığı bütün təhdidlər beynəlxalq əməliyyatın olmasına təhrik etmək məqsədi daşıyır.
Sionist media Hizbullahın baş katibinin dünənki çıxışına cavab olaraq elan edib: Nəsrullah çox qəzəbli şəkildə hədələyib ki, bu dəfə İsrail ordusunun Livanın cənubunda dinc əhalini hədəf alan hücumlarına cavab çox fərqli olacaq.
Hizbullah baş katibinin təhdidlərindən narahatlığını ifadə edən bu media vurğulayıb: Keçmiş təcrübələr israillilərə Nəsrullahın hər hansı təhdidini ertəsi gün həyata keçirəcəyini öyrədib.