Müdafiə naziri qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi barədə tapşırıq verib
Müdafiə naziri qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi barədə tapşırıq verib.
Bu gün Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nazir, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını da tələb edib.
Mod.gov.az