Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları HƏBS EDİLDİ

Azərbaycan Müdafiə Nazirliyinin 4 yüksək rütbəli zabiti külli miqdarda pul mənimsəməkdə təqsirli bilinərək həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

“Müdafiə Nazirliyinin mənimsəməkdə təqsirləndirilən zabitləri – maliyyə idarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, – deyə məhkəmədən bildirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − seven =