Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub, ölən və yaralanan var – YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub, ölən və yaralanan var – YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

12:41

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib.

Nazirlikdən “Report”a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

“Report”un Aran bürosu isə xəbər verir ki, hərbi sursatın partlaması nəticəsində Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu hadisə yerində ölüb.

Şirvan şəhəri, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 6 =