Muhəmməd Əli əl-Husi Hizbullahı uğurlu kəşfiyyat əməliyyatı münasibətilə təbrik etdi
Sizinyol xarici KİV-ə xəbər verir ki, “əl-Əlamul-Hərbi” media qrupu, işğal olunmuş Fələstinin müxtəlif şəhərlərindəki yaşayış sahələri içərisində sionist hərbi bazaların koordinatlarını açıqlayan bir video yayımlayıb.
Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Muhəmməd Əli Əl-Husi, işğal olunmuş Fələstin torpaqlarında sionist hərbi baza və zavodların koordinatlarının izlənilməsindəki müvəffəqiyyətə görə Hizbullahı təbrik edərək, bunu Mossadın məğlubiyyəti adlandırıb
Əl-Husi digər paylaşdığı tvitdə, İngiltərənin Yəməndəki səfiri Mayken Aronun Ər-Riyada silah satışını davam etdirməkdə israrı ilə bağlı açıqlamasına da reaksiya verib.
O, İngilis səfirinin İŞİD və Əl-Qaidəni dəstəklədiyini və bu qruplarla mübarizə aparanları isə ekstremizmdə günahlandırdığını yazıb.
Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun üzvü olan Əbdül Məlik əl-Əcri, İngilis səfirinin dediklərinə reaksiya verərək, bu ifadələr qərbin silah şirkətlərinin bölgədəki müharibələrin gizli mühərriki olduğunu təsdiqləyir, deyib.
O, Arona müraciət edərək belə əlavə edib: “Sözsüz ki, bölgədəki müharibələrin dayandırılması büdcənizin boşalması təhlükəsi deməkdir!”