Müharibə naziri husilərin liderlərini hədələyib: İsrailin uzun əli sizə də çatacaq

İsrail dövlətinə qarşı hücum və təhdidlərə icazə verməyəcəyik.
bu barədə İsrail müharibə naziri İsrail Katz “X” platformasındakı paylaşımında bildirib.
“Husi terror təşkilatının liderlərinə xəbərdarlıq edirəm: İsrailin uzun əli sizə də çatacaq. Kim İsrail dövlətinə əl qaldırarsa, onun əli kəsiləcək, kim zərər versə, qat-qat zərər görəcək. Biz güclü zərbə endirəcəyik. İsrail dövlətinə qarşı hücum və təhdidlərə icazə verməyəcəyik”, – o paylaşımında qeyd edib.