Müharibə naziri: İordan çayının qərb sahilində “Dəmir divar” əməliyyatı davam edir
İsrail hərbçilərinin Cenin düşərgəsində törətdiyi cinayətlərinin davamında rejimin müharibə naziri İordan çayının qərb sahilində “Dəmir divar” əməliyyatının da davam edəcəyini vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İsrael Katz bu gün (23 yanvar) Əl-Qəssam Briqadalarının iki üzvünün şəhadətinə reaksiya olaraq İordan çayının qərb sahilində əməliyyatların davam edəcəyini bildirib.
İsrail baş nazirinin rəhbərlik etdiyi rejim kabinetinin üzvləri beynəlxalq məhkəmələrdə soyqırım və insanlığa qarşı cinayətlərdə ittiham olunarkən o, “X” sosial media hesabında iddia edib ki, qatillər və qətl tərəfdarları və terrorizm amilləri əməllərinin əvəzini ödəyəcək və biz terrorçuları məhv etmək, Cenin düşərgəsindəki terror infrastrukturunu aradan qaldırmaq üçün “Dəmir Divar” əməliyyatını var-qüvvəmizlə davam etdirəcəyik.
Əl-Qəssam Briqadaları bu gün Şərqi Qilqiliyyənin “Əl-Funduq” qəsəbəsində anti-sionist əməliyyatlar həyata keçirən Quteybə Valid Əl-Şəlibi və Məhəmməd Əsən Nəzzal adlı iki briqada üzvünün şəhid olduğunu açıqlayıb.