Müharibənin bədəli ağır oldu

 Sionist rejim müharibə kabinetinin keçmiş üzvü hazırkı müharibənin bu rejim üçün ağır bədəli olduğunu etiraf etməklə yanaşı, sionist rejimin baş nazirini tənqid edib.

Əl Aləm telekanalının məlumatına görə, Benni Qantz baş nazir Benyamin Netanyahunu tənqid edərək deyib: Biz bu müharibədə ağır bədəl ödədik. Ən yüksək məqsəd məhbusları geri qaytarmaqdır. Amma  Netanyahu məhbusları Qəzzadan sağ qaytarmayacaq. Çünki o, siyasi mövqeyi ilə məşğuldur. Cənub bölgələrində yaşayan insanların öz yuvalarına qayıtması onu maraqlandırmır. Netanyahu beynəlxalq təzyiqlərə dözə bilmirsə, gedib evində otursun!

Qantz həmçinin deyib: Bizim müharibə kabinetində olub-olmamağımız heç nəyi dəyişməyəcək. Çünki Netanyahu təkcə özünü düşünür.

Biz strateji qərarları lazımi anda qəbul etməmək problemi ilə qarşılaşırıq. Qəzzada lazım olan yerlərə girə bilmədik – deyən Qantz əlavə edib: Biz seçkilərin keçirilməsinə doğru getməli, xalqın maraqlarını şəxsi maraqlardan daha üstün tutmalı, Misir və tərəfdaşlarımızla birlikdə Filadelfiya dəhlizini izləməliyik. Hətta geri dönmək zərurəti yaranarsa, biz bunu da etməlitik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =