“Müqavimət əməliyyatı keçirməyə cəhd” bəhanəsilə bir gənc fələstinli şəhid edilib- Video
Sionist rejim qüvvələri və bir qəsəbə sakini bu gün (bazar ertəsi) İordan çayının qərb sahilində əməliyyat keçirməyə cəhd bəhanəsi ilə bir fələstinli gənci şəhid ediblər.
Bir fələstinli gənc bu gün (bazar ertəsi) İordan çayının qərb sahilində Beytə-ləhm ilə Beyt-Fucar kəsişməsində sionist hərbçilər və bir şəhər sakini tərəfindən güllələnib.
Sionistlər iddia ediblər ki, gənc fələstinli Ğuş Ətsiyyun yaxınlığında soyuq silahla əməliyyat keçirmək niyyətində olub.
Yayılan videodan görünür ki, sionistlər bu yaralı və qanaxması olan fələstinlini yerdə qoyaraq onun xilas edilməsinə mane olublar.
Bu hadidə ilə eyni vaxtda, Fələstin Səhiyyə Nazirliyi bu gün səhər saatlarında 75 yaşlı Süleyman əl-Həzalinin Əl-Mizan xəstəxanasında şəhadətə çatdığını açıqlayıb.
Bir neçə gün əvvəl onu Hibronun cənubundakı “Umml -Xeyr” kəndinin girişində sionist hərbi maşınla vurmuşdular.
Baş, döş qəfəsi, qarın və çanaq nahiyəsindən ağır xəsarət alan Əl- Həzalin müalicə üçün xəstəxanaya aparılıb.
Ötən həftə İsrail qüvvələri Ramullahın şimalındakı Cəlcaliya kəndindən olan 80 yaşlı Ömər Əbdül Məcid Əsədini həbs edərək ona qarşı pis rəftar törətmiş və zorakılığa məruz qoymuşdular. Nəticədə, bu yaşlı fələstinlidə şəhid olub.