Müqavimət döyüşçülərinin əməliyyatı: Kafr Qadumda 3 fələstinlini yaralanıb-Video

Müqavimət döyüşçülərinin əməliyyatı: Kafr Qadumda 3 fələstinlini yaralanıb-Video

Fələstin mediasının məlumatına görə, yerli mənbələr fələstinli müqavimət döyüşçülərinin dünən axşam (çərşənbə axşamı) Nablusun cənubundakı Həvarə məntəqəsində sionist rejim əsgərlərini atəşə tutduqlarını açıqlayıblar.

Məlumata görə, bu atışma əməliyyatında sionist əsgərlər təəccüblənib və müqavimət döyüşçülərinə qarşı reaksiya verə bilməyiblər. Fələstinlilər də bu əməliyyatdan sonra bölgədən uzaqlaşıblar.

Başqa bir məlumata görə, bu çərşənbənin əvvəlində sionist əsgərlər İordan çayının qərb sahilindəki Kəfr Qədum kəndinə hücum ediblər. Bu hərbi hücum zamanı 3 fələstinli gənc güllələnərək yaralanıb.

Yerli mənbələr yaralıların müalicə üçün xəstəxanaya aparıldığını bildirib.

Yerli mənbələr həmçinin sionist işğalçı qüvvələrinin İordan çayının qərb sahilinə səhər erkən hücumlarında azı 11 fələstinlinin həbs olunduğunu açıqlayıb. Həmçinin sionist qüvvələr bu gün Məscidül-Əqsaya hücum ediblər.

Fələstin mediası bu gün səhər tezdən Cəninin cənubundakı Qəbatiyyə şəhərinə hücum zamanı fələstinli gənclərin sionist rejimin patrulları və personal daşıyıcıları ilə mbarizəsini əks etdirən video paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =