Müqavimət işğal edilmiş Aşkelonu raket atəşinə tutub
Qüds qüvvələri çərşənbə gecəsi işğal altındakı Aşkelon şəhəri və Qəzza zolağı yaxınlığındakı bəzi sionist şəhərləri raket hücumu ilə hədəfə aldıqlarını açıqlayıb.
Mehr Xəbər Agentliyinin məlumatına görə, ibrani xəbər mənbələri sionistlərin Aşkelon şəhəri və işğal olunmuş ərazilərin cənubunun Qəzza tərəfdən raketlərlə vurulduğunu elan edib.
Hələlik bu raket hücumunda sionist qüvvələrin itkiləri barədə məlumat verilməyib.
İsrail ordusu Qəzza müharibəsinin 100-cü günündə dərc etdiyi hesabatda Qəzzadan və Livanın cənubundan işğal olunmuş ərazilərə atılan raketlərin sayını qeyd edib.
Sionist ordunun hesabatına əsasən, oktyabrın 7-dən yanvarın 26-dək işğal olunmuş ərazilərə 11 min raket atılıb.
Həmçinin, İsrail ordusu bu müddət ərzində Qəzzadan 9000, Livanın cənubundan isə 2000 raket atıldığını bildirib.