Müqavimət işğal olunmuş ərazilərə raket hücumu edib

Müqavimət işğal olunmuş ərazilərə raket hücumu edib

Səraya əl-Qüds Briqadaları çərşənbə günü axşam saatlarında sionist rejimin bəzi bölgələrini raket atəşinə tutduğunu bildirib.

Fələstin müqavimət qrupu Aşkelon bölgəsini və Qəzzə ətrafındakı qəsəbələri raketlərlə hədəfə aldığını açıqlayıb.

Səraya əl-Qüds Briqadalarının bəyanatından bir neçə dəqiqə əvvəl sionist rejim ordusu xəbər verdi ki, Qəzza zolağı ətrafındakı Kibbutz Zakim qəsəbələrində raket atəşi təhlükəsi ilə bağlı həyəcan siqnalı eşidilir.

Hələlik bu raket hücumunda sionist rejim qüvvələrin itkiləri barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − five =