Müqavimət qrupu sionist əsgərlərə hücum edib

Müqavimət qrupu sionist əsgərlərə hücum edib

Sərayəl-Qüdsə bağlı Cənin batalyonları çərşənbə günü gecə bəyanat yayaraq, bu qruplaşma döyüşçülərinin sionist qəsəbəyə kütləvi hücumu barədə xəbər veriblər.

İRNA-nın “Fələstin Əl-Yəvm” xəbər saytına istinadən verdiyi məlumata görə, bu müqavimət qrupunun bəyanatında deyilir: “Cənin” batalyonunun qruplarından biri çərşənbə gecəsi saat 11-də Hayfa küçəsində və yaxınlığındakı Tənəcim qəsəbəsində sionist hərbi maşını məhv etməyə nail olub.

Bu bəyanatda vurğulanıb ki, fələstinli döyüşçülər sionist qüvvələrin üzərinə birbaşa hücum edib və heç bir problemlə üzləşmədən geri dönə biliblər.

Xəbər mənbələri çərşənbə gecəsi xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 18 əməliyyat həyata keçirib.

Muti Statistika Mərkəzi bundan əvvəl məlumat vermişdi ki, fevral ayında Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionistlərə qarşı 1177 əməliyyat keçirib və nəticədə 8 sionist həlak olub, 43 əsgər və mühacir yaralanıb.

Yanvar ayında fələstinli qrupların əməliyyatlarında 7 sionist öldürülüb, 48 nəfər yaralanıb, 35 fələstinli şəhid olub.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər ki, bu da qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + thirteen =