Müqavimət qüvvələri işğalçıların 5 tankını və 2 buldozerini məhv edib

Qəzzə zolağındakı müqavimət qrupları bu gün (çərşənbə axşamı) də bu zolaqda işğalçılarla döyüş zamanı sionist rejimin hərbi texnikası və hərbi maşınlarını məhv etdiklərini bildiriblər.
HƏMAS-ın hərbi qolunun “Şəhid İzzəddin əl-Qəssam” Briqadaları bəyanat yayaraq bildirib: “Qəzzə şəhərinin şərqində yerləşən Şücaiyyə məhəlləsindəki Bağdad küçəsində “Əl-Yasin” raketləri ilə sionist rejimin dörd “Merkava” tankını hədəf aldıq.”
Əl-Qəssam Briqadaları həmçinin bildirib: “Bir mina sahəsini partlatdıq və İsrailin 2 D-9 hərbi buldozerini hədəf aldıq. Bu əməliyyat buldozerlərin Təl əl-Həva məhəlləsinin qərbindəki “Xalid bin Əl-Valid” məscidi yaxınlığında tamamilə yanması ilə nəticələndi.”
HƏMAS-ın hərbi qanadı əməliyyatlarının davamında piyada əleyhinə bomba ilə sionist əsgərlərin toplanmasını hədəfə alıb və onlardan bir neçəsini öldürüb və yaralayıb.