Müqavimətin Nablus və Yerixoda sionistlərlə silahlı qarşıdurması baş verib

Müqavimətin Nablus və Yerixoda sionistlərlə silahlı qarşıdurması baş verib

Müqavimətin Nablus və Yerixoda sionist qüvvələrlə silahlı qarşıdurması, mühacirlər və sionist qüvvələrin Məscidül-Əqsaya hücumu son saatlarda Fələstində baş verən son hadisələrdəndir.

Mehr xəbər agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, Ərin əl-Əsvəd müqavimət qrupu bazar ertəsi səhər fələstinli döyüşçülərin Nablus şəhərinə hücum edən sionist işğalçı qüvvələrlə toqquşduğunu elan edib.

Bu qrup öz bəyanatında vurğulayıb ki, müqavimət döyüşçüləri Nablus şəhərinin şimal və cənubunda sionist hərbçiləri güllə və əldəqayırma qumbaralarla hədəfə alıb və onlarla şiddətli silahlı qarşıdurmaya giriblər.

Sionistlər Nablusa hücum zamanı 6 fələstinli gənci həbs ediblər.

Fələstin mənbələri bu səhər sionist qüvvələrin Yerixo şəhərində (Qərb Sahili) Əqəbə Cəbr düşərgəsinə hücumu barədə məlumat yayıblar.

Məlumata görə, bu hücum zamanı müqavimət döyüşçüləri sionist əsgərlərlə silahlı qarşıdurmaya girib, nəticədə 4 fələstinli döyüşçü yaralanıb.

Fələstin mənbələri bu gün səhər xəbər veriblər ki, onlarla işğalçı mühacirlər sionist qüvvələrin himayəsi altında Məscidül-Əqsaya hücum ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 3 =