Müqavimətin növbəti qələbəsi: Türkiyə reallığa təslim oldu

Müqavimətin növbəti qələbəsi: Türkiyə reallığa təslim oldu

11 ildən sonra açıqlanan bu tipli ilk toplantıda Türkiyənin rəsmi mənbələri müdafiə naziri və Türkiyə Kəşfiyyat Təşkilatının rəhbərinin Rusiyanın paytaxtı Moskvada suriyalı həmkarları ilə görüşünü açıqlayıb.

Zalımların Suriya xalqına etdiyi zülmü tarix heç vaxt unutmayacaq. “Müqavimət oxu”nun mühüm sütunlarından birini məhv etmək üçün çox çalışdılar.

Bununla bağlı heç bir cəhddən əl çəkmədilər, dünyanın hər yerindən terrorçuları səfərbər edərək Suriyaya gətirdilər və bu ölkənin böyük bir hissəsinin məhv olmasına səbəb oldular.

Bu arada Amerika və bəzi Avropa ölkələri terrorçulara rəhbərlik və təşkilatlanma, onların ən təhlükəli və ölümcül silahlarla təchiz edilməsi rolunu oynadılar.

Ankara Suriyanın qonşusu olaraq qonşuluq haqqına hörmət etmədi, bu ölkəyə qarşı qılıncını çəkdi; Türkiyə terrorçuların Suriyaya daxil olması üçün əsas qapı oldu və indi də Suriyanın bir hissəsi Türkiyə tərəfindən işğal olunub.

Təkfirçi terrorçular bir-birinin ardınca Suriya şəhərlərini ələ keçirərək, günahsız dinc sakinləri qətlə yetiriblər.

Amma ilahi ənənəyə görə, tarix həmişə göstərmiş və sübut etmişdir ki, haqq həmişə qalibdir və heç bir şey ondan üstün deyildir.

وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ»

“Zülm edənlər tezliklə hara qayıdacaqlarını biləcəklər.”

İndi görürük ki, 11 ildən sonra Türkiyə və ondan əvvəl Vaşinqton və Avropa reallığa təslim olublar. Çünki Türkiyə onlarla koordinasiya olmadan heç bir iş görmür və Türkiyənin rəsmi mənbələri müdafiə naziri və Türkiyə Kəşfiyyat Təşkilatının rəhbərinin suriyalı həmkarları ilə Rusiyanın paytaxtı Moskvada görüşəcəyini açıqlayıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Suriya hökuməti danışıqlara həvəs göstərməyib və fikir ayrılıqlarına son qoymaq üçün dəfələrlə danışıqlara çağıran da Türkiyə hökumətidir.

Bunun şahidi dekabrın 15-də Rusiya prezidenti Vladimir Putinə Suriya prezidenti Bəşər Əsədlə üçtərəfli görüş təklif etdiyini açıqlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Eyni zamanda, o, qarşıdan gələn sammitdən əvvəl üç ölkənin müdafiə və xarici işlər nazirlərinin görüşünü keçirməyə çağırıb.

Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov dekabrın 16-da bildirib ki, Moskva TürkiyəPprezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə, Suriya və Rusiya arasında üçtərəfli görüş keçirmək təklifini alqışlayıb.

Digər tərəfdən, Suriya Müdafiə Nazirliyi bir bəyanatda belə elan edib: “Suriya Müdafiə Naziri ilə Suriya Kəşfiyyat İdarəsinin direktoru həmkarları, Türkiyə Müdafiə Naziri və Türkiyə Baş Qərargahının rəhbəri ilə görüşüb. Rusiyanın paytaxtı Moskvada reallaşan Kəşfiyyat Xidməti, Rusiyanın dəstəyi ilə iki tərəf arasında bir neçə hadisəni müzakirə etdi və bu görüşü müsbət qiymətləndirdi.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskvada Suriya, Türkiyə və Rusiya müdafiə nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini, burada Suriya böhranının həlli yollarının və terrorla mübarizədə birgə səylərin müzakirə olunacağını açıqlamışdı.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Dialoqun tərəfləri dialoqun konstruktiv xarakterini və Suriya Ərəb Respublikasında və regionda vəziyyətin sabitliyini dəstəkləmək üçün onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər”.

Gözləyib görməliyik ki, Türkiyədən sonra hansı ölkə reallığa təslim olacaq və terrorla mübarizədə “müqavimət” haqqını qəbul edib rəsmi şəkildə tanıyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =