Müsəlman alimlər ananasdan dron düzəltdilər

Müsəlman alimlər ananasdan dron düzəltdilər

Malayziyadan olan bir qrup alim adətən zibilə atılan ananas yarpaqlarındakı liflərdən sonradan dronların korpuslarının düzəldilməsində istifadə olunan möhkəm material əldə etmək üçün xüsusi üsul kəşf ediblər.

Az.shafaqna.com xəbər verir ki, Putra universitetinin mütəxəssisləri onların icad etdikləri biokompozit materialından hazırlanan dronların sintetik liflərdən hazırlananlarla müqayisədə daha möhkəm olduğunu bildiriblər. Bundan əlavə, onlar daha ucuz, yüngül və ekoloji baxımdan təmizdirlər.

Ananas yarpaqlarından hazırlanan uçan aparatlar 1000 metr hündürlüyə qalxa və 20 dəqiqə ərzində havada qala bilirlər.

Malayziya alimləri sözügedən texnologiyadan istifadə edərək daha irihəcmli dronlar hazırlamaq niyyətindədirlər. Bu aparatlar kənd təsərrüfatında və hava inspeksiyasında istifadə olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 3 =