Müsəlman futbolçu minlərlə məktəbliyə pulsuz yemək paylayacaq

Müsəlman futbolçu minlərlə məktəbliyə pulsuz yemək paylayacaq

Məşhur müsəlman futbolçu Məsut Özil Londonun şimalındakı məktəblərə gündəlik 1400 tələbəyə yemək paylanmasına təşkilatçşılıq edəcək. Özil pandemiyanın əvvəlində alman aşpaz Stefan Pappert ilə birləşərək, yoxsulluqda yaşayan ailələrə, sığınacaqlarda olan evsiz insanlara, qaçqınlara dəstək olan xeyriyyə təşkilatları ilə birgə xeyriyəçi işlərdə iştirak edir.

“Deyerler.org”un islam.ru-ya istinadən verdiyi xəbərə görə, bu həftə göstərdikləri səylər ilk növbədə, Şimali Londonun ən yoxsul məhəllələrindən olan Brent, Bernt Ouk və Ecverdəki ailələrə minlərlə yemək təqdim etməyə yönəlib. İdmançının sözlərinə görə, rübün ortalarında bir çox uşaqlar çətin qidalanma halı ilə qarşılaşıb: “Heç bir uşaq ac qalmamalıdır. Bu çox vacibdir və hər zaman kömək edəcəyəm”. Özil hər bir uşağa sağlam qida verilməli olduğunu əlavə etdi: “Yeməyin sağlam, qidalı və doyurucu olmasına xüsusi diqqət yetirilir. Buna görə dostum Alberto Françeskinin İtaliyadan göndərdiyi ən yaxşı orqanik makarondan istifadə edirik. Uşaqlar üçün sağlam qidalanma imtiyaz deyil, zərurətdir”. Xəbər verildiyi kimi, Oksford Mərkəzi Məscidi bazar ertəsindən cümə gününə qədər tələbələr üçün yüzlərlə pulsuz yemək təmin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =