Müslimin şəhadəti Kərbəla əsasıdır

Müslimin şəhadəti Kərbəla əsasıdır

Ayətullah Amili: Ərdəbil əyalətinin iftixarlarından biri də İmam Hüseynin (ə) Kufədəki səfiri Müslim bin Əqilin şəhadəti münasibəti ilə Zilhiccə ayının səkkizinci günü əzadarlığa başlayan əzadarlıq ənənəsidir.

Ayətullah Seyid Həsən Amili: Ərdəbilin iftixarlarından biri də odur ki, əza mərasimini Kərbəlanın ilk şəhidi, yəni Həzrət Müslim bin Əqilin şəhadəti ilə başlayır. Ərdəbil əzadarlığının başlanğıcı zilhiccə ayının səkkizinci günüdür. Əzadarlığın başlanmasına və şəhər əhalisinə əzadarlığın elan edilməsinə məsul olan Dərvazə məhəlləsidir. Zilhiccə ayının səkkizinci günü şəhər əhalisi Dərvazə məhəlləsinə doğru addımlayır və Dərvazə məhəlləsinin əzadarları tərəfindən Ərdəbilin tarixi beytləri ilə matəm elan edilir:

Xəbərdar ey əzadaran, Hüseynin yası başlandı
Olunsun aləmə elan, Hüseynin yası başlandı

Müslimin şəhadəti Kərbəla əsasıdır
Fatimə əzizinin qətlinin binasıdır
Məkkədən çıxıb gəlir karivani-Kərbəla
Yolda verdilər xəbər Müslimin əzasıdır

Başqa bir dəstə deyir:
Gəlir Məhərrəm, açıldı pərçəm
Kimin var eşqi, əzaya gəlsin
Məriz olanlar, dəxil olanlar, 
Qara geysin, əzaya gəlsin

Əzadarlıq yürüşü 14 iyun çərşənbə günü saat 16:00-da inşallah Alı Qapı məscidinin qarşısından yola düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =