Müstəqilliyin Bərpası Günü: tarixi torpaqlara qayıdışın hüquqi əsası

Müstəqilliyin Bərpası Günü: tarixi torpaqlara qayıdışın hüquqi əsası



Burada iki mühüm məqam var.

Birincisi, 28 mayın Respublika Günü, 18 oktyabrın Müstəqillik Günü olması Azərbaycanın tarixində fərqli yanaşmalar ortaya çıxarırdı, xüsusilə bir ölkənin müstəqilliklə bağlı iki fərqli gününün olması baxımından.

İkincisi, 28 mayın Respublika Günü olması Azərbaycanın dövlət olaraq 1918-ci ildə yarandığı iddialarının mənbəyini təşkil edirdi;

Dəyişiklik tarixə yanaşmadakı ziddiyyətləri də aradan qaldırmış oldu və 18 oktyabrda müstəqilliyimizin bərpa edilməsi faktının hüquqi qüvvəyə minəsi Azərbaycanın dövlət kimi Cumhuriyyətin varisi olduğunu da qanuniləşdirdi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edildi. Bu, həmçinin ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır.

18 oktyabr tarixi əvvəl Müstəqillik Günü kimi qeyd olunsa da, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” adlanır və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında qeyd olunurdu ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.

18 oktyabr Müstəqillik Gününün Bərpası ilə tarixi yanlışlar aradan qaldırıldı və Cumuriyyətin hüquqi varisi olmaqla Azərbaycanın bu gün Ermənistan adlanan dövlətin qurulduğu tarixi torpaqlarımıza iddiası da qanuniləşdi. Bu strateji düzəlişlərin Vətən müharibəsindən sonra edilməsi də bundan sonra tarixi torpaqlarıma qayıtmaq hədəfinin əsas olacağını deməyə əsas verir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =