Müştəridən maska taxmağı tələb edən satıcı amansızcasına qətlə yetirildi

Müştəridən maska taxmağı tələb edən satıcı amansızcasına qətlə yetirildi

Tayvanda mağazaya daxil olan müştəri ondan maska taxmağı tələb edən satıcını qətlə yetirib.

İstintaqın yaydığı ilkin məlumata əsasən, Tszyan adlı 41 yaşlı kişi Taoyuan şəhərində 24 saat açıq olan supermarketə maskasız daxil olub.

Satıcı ona maska taxmaq barədə xəbərdarlıq edib.

Müştəri bu xəbərdarlıqdan sonra mağazanı tərk etsə də, qısa müddət sonra maska taxaraq geri qayıdıb.

Əsəbi müştəri satıcı ilə söz davasına çıxıb və geyindiyi maskanı çıxararaq satıcının üzərinə atıb.

Lakin bununla da əsəbi soyumayan kişi bir saatdan sonra yenidən, amma bu dəfə bıçaqla supermarketə qayıdaraq ona irad bildirən şəxsə bıçaqla hücum edib.

Bıçaq xəsarətləri alan zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =