Mütəxəssislər xəbərdarlıq edir: Dollar 2021-də kəskin şəkildə düşəcək, ABŞ ciddi tənəzzülə hazırlaşmalıdır
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ-dakı Yale Universitetindən bir iqtisadçı, gələn ilin dollar üçün çox çətin bir il olacağını söylədi.
CNBC-nin məlumatına görə, ABŞ-dakı Yale Universitetinin baş iqtisadçısı Stefan Raş gələn ilin ABŞ dolları üçün çox çətin il olacağını bildirib.
O, əvvəllər qəribə görünən dolların düşməsi barədə fikirlərin artıq təbii qəbul edilməli olduğunu açıqlayıb.
Bu iqtisadçıya görə ABŞ-ın cari vəziyəyti iqtisadiyyatın dünyanın digər ölkələri ilə balanssızlığının ən bariz göstəricisidir.
Yale Universitetinin mütəxəssisi deyir ki, iyun ayında iqtisadçılar ABŞ dollarının dəyərinin yaxın bir, ya da iki ildə və bəlkə də bir neçə ildə kəskin düşəcəyini təxmin etdilər, ancaq mən bunun 2021-ci ildə baş verəcəyini deyirəm.
Əvvəllər Morgan Stanley Bankının Asiya şöbəsinin icraçı direktoru olan iqtisadçı ABŞ iqtisadiyyatının yüzdə 50-dən çox dərin bir tənəzzülə uğrayacağını təxmin etmişdi.