Müxtəlif millətlərindən olan alim və tədqiqatçılara ev sahibliyi edən Beynəlxalq Əl-Mustafa Universitetinin Azərbaycan və Ermənistan arasındakı münaqişəyə reaksiyası və bəyanatı
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Əl-Mustafa Beynəlxalq Universiteti son vaxtlar Dağlıq Qarabağ bölgəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında baş verən qarşıdurmalara cavab olaraq bir açıqlama yaydı.
Əl-Mustafa Universitetinin xəbər və məlumat mərkəzinə istinadən, açıqlamanın mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə!
«أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا و إِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ»
“Müharibəyə məcbur edilmiş insanlara cihad icazəsi verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Allah onlara kömək etməyə qadirdir.“ (Həcc surəsi, ayə 39)
Son günlərdə işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı Azərbaycanla Ermənistan arasında münaqişə yenidən kəskinləşib.
Əl-Mustafa Universiteti beynəlxalq münasibətlərinə əsaslanan elmi hövzə və dünyanın müxtəlif millətlərindən olan alim və tədqiqatçılara ev sahibliyi edən bir elmi və akademik təşkilat ünvanında fərqli ideologiya, irq və millətlərdən olan kəslərin qardaş və dinc şəkildə yanaşı yaşamasına bir nümunədir.
Bu baxımdan, beynəlxalq hüquq qaydalarına uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi üzərindəki haqqını himayə etməklə yanaşı, ədalətli və davamlı bir sülhün yalnız işğalın sona çatması və köçkünlərin qəsb edilmiş torpaqlarına qayıtması ilə məna verəcəyini vurğulamağı özünə vəzifə bilir.
Bu nəzəriyyə eynilə işğal olunmuş Fələstində ədalətli sülhün yalnız işğalçı Sionist rejimin işğalçılığının sona çatması və Fələstin torpaqlarının əsil sahiblərinə qaytarılması ilə təmin edilə bilməsinin mümkünlüyü nəzəriyyəsi kimidir.
Bizim nəzərimizdə, Dağlıq Qarabağın işğalı Fələstin torpağının işğalı qədər məzəmmət edilən və qəbulolunmazdır.
Beynəlxalq qurumlardan ixtiyarlarındakı qüvvədən istifadə edərək işğalçı tərəfi Azərbaycanın suverenliyini qəbul etməyə və işğala son qoymağa məcbur etmələri gözlənilir.
Qeyd etmək lazımdır ki, əlləri bölgədəki günahsız şiələrin, sünnilərin və xristianların qanına bulaşmış və bölgəni illərdir fitnələrə cəlb etməkdə həlledici rol oynayan saxta Sionist rejim və təkfirçi qrupların zərərsizləşdirilməsi bütün tərəflərin, xüsusən də əziz və qürurlu Azərbaycan millətinin sayıqlığını tələb edir. Onların fəallaşması yeni bir mənfur planın əlamətidir.
Sonda bu hadisədə şəhid olanların müqəddəs ruhlarını salamlayır və uca Allahdan haqq cəbhəsinə yardım və qələbə diləyirik.
Əl-Mustafa Beynəlxalq Universiteti