Müxtəlif ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların Məscidül-Nəbidə iştirakı – Foto/Video

Müxtəlif ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların Məscidül-Nəbidə iştirakı – Foto/Video

İndiyədək İran, İndoneziya, Pakistan, Hindistan və Malayziyadan həcc ziyarətinə gedən bəzi zəvvarlar Mədinəyə daxil olaraq Məscidün-Nəbini ziyarət ediblər.

Son bir neçə gündən etibarən xarici zəvvarların qəbulu prosesinə başlanılıb və bu günlərdə Mədinə və Taif hava limanları Səudiyyə Ərəbistanının digər hava limanlarına nisbətən daha çox Həcc zəvvarlarını qəbul edir.

Hazırda səudiyyəli zəvvarlarla yanaşı, İran, İndoneziya, Pakistan, Hindistan və Malayziyadan olan bəzi zəvvarlar vəhy diyarına daxil olaraq həcc ziyarətindədirlər. Belə ki, bəzi saatlarda zəvvarların sayı keçən həftə ilə müqayisədə iki dəfədən çox artıb.

Təbii ki, Səudiyyə rəsmiləri Həcc ziyarətinin başlamasına təxminən bir həftə qalmışa qədər bütün Ümrə zəvvarlarının öz şəhərlərinə və ölkələrinə qayıtmalı olduqlarını və onların Məkkəyə səfər edə bilməyəcəklərini açıqlayıblar.

Yaxın günlərdə Mədinəyə gələn zəvvarların sayının artacağı gözlənilir.

Bu il müxtəlif ölkələrdən 2 milyon 500 mindən çox zəvvar 100 hava limanı vasitəsilə Həcc mərasimində iştirak etmək üçün səfər edəcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanının beş hava limanı zəvvarları qəbul etməyə hazırdır.

Hazırda 1444-cü hicri-qəməri (2023-cü il) ilində bir qrup Həcc zəvvarının iştirakı ilə Mədineyi-Münəvvərənin əhval-ruhiyyəsini əks etdirən videonu müşahidə edəcəksiniz:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + thirteen =