Nə evlənən var, nə də doğulan: Hökumət yeni layihə hazırladı

Nə evlənən var, nə də doğulan: Hökumət yeni layihə hazırladı

Publika.az xəbər verir ki, bu barədə “Yicai” nəşri məlumat verib.

Çinin Mülki İşlər Nazirliyinin saytında yayılan məlumatlara görə, keçən il cəmi 6,83 milyon cütlük nikah qeydiyyatını tamamlayıb ki, bu da bir il əvvəllə müqayisədə təxminən 800 min azdır.

Pandemiyadan sonra evlənən cütlüklərin sayının azalması, səlahiyyətlilərin doğum sayının azalması və əhalinin azalması ilə mübarizə apardığı bir vaxtda baş verir.

2022-ci ildə Çin əhalisi son altı onillikdə ilk dəfə azalıb. Çində doğum nisbəti keçən il azalaraq hər1000 nəfərə 6,77 olub ki, bu da 2021-ci ildəki 7,52-dən aşağıdır.

Evliliyə təşviq etmək və ölkədə azalan doğum nisbətlərini artırmaq üçün Çin keçən ay 20-dən çox şəhərdə “yeni dövr” evlilik və nəsil mədəniyyəti yaratmaq üçün pilot layihələrə başlayacağını bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 5 =