Nəbəl və Əl Zəhra şiələri aclıqdan yabanı bitkilərlə qidalanır
Suriyanın Hələbin şimal-qərbindəki Nəbəl və Əl-Zəhra kəndlərinin əhalisi Əl-Safira kəndində (Hələbin cənub-şərqində) silahlı terrorçu qrupların mühasirəsində qaldıqdan sonra həddindən artıq aclıq səbəbindən yabanı binkilərlə qidalanmağa məcbur olub.
Əl Aləm telekanalının məlumatına əsasən, Nabəl və Əl-Zəhra kəndlərindən olan 2000-ə yaxın şiə Hələb şəhərinin şimal-qərbindən başqa vilayətlərdəki təhlükəsiz məkana getmək məqsədilə 60 kilometrdən çox yolu qət ediblər. Amma silahlı terrorçular Hələb şəhərinin bir hissəsini nəzarətə götürdükdən sonra 2 min nəfəri mühasirəyə alaraq onları hər şeydən məhrum ediblər.
Məlumata görə onlarla insan terrorçu təkfirçilər tərəfindən qaçırılaraq naməlum yerə aparılıb.
Yayımlanan görüntülərdə bəzi əlillərin, xüsusən də uşaqların yabanı otlarla qidalandığı meydana çıxıb və onlar 6 gündür ac-susuz soyuq havada heç bir ev olmadan küçələrdə gün keçirir.
Bu insanlar beynəlxalq təşkilatların vasitəçiliyi ilə onların bu iztirabları bitəcəyinə və öz evlərinə qayıdacaqlarına ümid edirlər.