Nəcəf Əşrəf İmam Cüməsi: Yəmənin Səudiyyə mərkəzlərinə hücumları təcavüz deyil, özünümüdafiədir!

Nəcəf Əşrəf İmam Cüməsi: Yəmənin Səudiyyə mərkəzlərinə hücumları təcavüz deyil, özünümüdafiədir!

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Nəcəf Əşrəf cümə namazlari imamı İraq hökumətinin Yəmənə qarşı bəyanatını qınayaraq Yəmənin Səudiyyə Ərəbistanına qarşı hücumlarının müdafiə xarakterli olduğunu vurğuladı.

Nəcəf Əşrəfin cümə namazının imamı Sədrəddin Əl-Qəbanci Yəmənin Səudiyyə rejiminin neft obyektlərinə hücumlarına etiraz edən İraq hökumətinin açıqlamasını qınadı.

Əl-Qəbanci bu gün Cümə namazının xütbəsində: “İraq Xarici İşlər Nazirliyinin Səudiyyə mərkəzlərinin bombalanmasını təcavüz adlandıran bəyanatını qınayırıq. Səudiyyə mərkəzlərinin bombalanması Yəmənə təcavüz deyil, özünüzü müdafiə etməkdir!” – deyə bildirib.

Əl-Qəbanci İraq Xarici İşlər Nazirliyinin bu məsələni həll etmək və Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünü dayandırmaq və Yəmən xalqının mühasirəsini aradan qaldırmaq üçün bir açıqlama verməli olduğunu söylədi.

BƏƏ-nin Bağdada qarşı son qərarları ilə əlaqədar olaraq Əl-Qəbanci BƏƏ-nin 13 ərəb və İslam ölkəsi vətəndaşlarının ölkəyə girməsinin qarşısını almaq və sionistlərin girişinə icazə vermək məsələsinin ərəb siyasətində əvvəllər gizlədilmiş, lakin indi açıq bir siyasət olduğunu vurğuladı.

Nəcəfin İmam Cüməsi İraqın mühüm bir seçki ərəfəsində olduğunu və hər kəsdən bu seçkidə fəal iştirak etməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 1 =