“Nəkbə günü”nün tanınması ilə bağlı qətnamə ABŞ Konqresinə təqdim edilib
ABŞ Konqresinin müsəlman və fələstinli üzvü Rəşidə Talib “Nəkbə günü”nün rəsmi olaraq tanınması ilə bağlı bir qətnamə təqdim edib.
“Nəkbə günü” 1948-ci ilin mayında tarixi Fələstin ərazisinin dörddə üçündən çoxunu işğal edildiyi, 531 fələstinlinin öldürüldüyü və Fələstin Mərkəzi Statistika Bürosunun məlumatına görə, Fələstin əhalisinin təxminən 85%-inin deportasiya edilərək İordaniya, Suriya və Livan kimi bəzi qonşu ölkələrə köçürüldüyü gündür.
ABŞ Nümayəndələr Palatasının 13-cü Miçiqan seçki dairəsinin nümayəndəsi Rəşidə Talib “Twitter” hesabında “Nəkbə günü” qətnaməsini təqdim etdiyini və bir sıra ABŞ qanunvericilərinin də bu qətnaməni dəstəklədiyini bildirib.
Rəşidə Talib deyib: “Bu gün mən “Nəkbə günü”nün rəsmi olaraq tanınması üçün bir qətnamə təqdim etdim. Fələstinin 400 şəhər və kəndinin dağıdıldığı gün 700 mindən çox fələstinli öz ev-eşiyindən didərgin düşüb.”
ABŞ Konqresinin müsəlman qanunvericisi başqa bir tvitində Konqresdəki həmkarlarının dəstəyini yüksək qiymətləndirib və yazıb: “Marie Newman, Betti McCallum, İlhan Omar və Alexandra Occasio Cortezə qətnamənin əsas hamisi kimi mənə qoşulduqları üçün onlara təşəkkürümü bildirirəm.”
Kampaniyaya qoşulduqları üçün Kori Buş və Camal Bowmana da bir daha təşəkkür edirik.”
Bu təklif son illər, xüsusən də Donald Trampın Prezidentliyi dövründə ABŞ-dakı sionist tərəfdarlarının şiddətli təzyiqi altında Rəşid Talibin və Konqresin İlhan Ömər kimi digər müsəlman üzvlərinin fələstinlilərə verdiyi dəstəyə görə ortaya çıxıb.