Nəsirat bələdiyyə sədri sionist ordusunun bombardmanında şəhid oldu

Nəsirat bələdiyyə sədri sionist ordusunun bombardmanında şəhid oldu

 Xəbər mənbələri Qəzzə zolağının mərkəzindəki Nəsirat şəhərinin meri “Əyad Muqari”nin sionist rejimin işğalçı ordusunun bombardmanı nəticəsində şəhid olduğunu elan ediblər.

İRNA-nın məlumatına görə, bu gün səhər tezdən (7 iyun) Nəsirat bələdiyyəsinə bağlı binalardan birinin bombalanması nəticəsində Əyad Muqari oğlu və daha 3 nəfər ailə üzvü ilə birlikdə şəhid olub.

Qəzzaya qarşı müharibə başlayandan bəri sionist ordu üç fələstinli bələdiyyə sədri şəhid olub: Əl-Zəhra şəhərinin meri Mərvan Həməd, Əl-Məğazəri şəhərinin meri Hatəm əl-Qəmari və Əl-Nusirat şəhərinin meri Əyad Muqari.

Həmçinin Fələstin hökumətinin Qəzzadakı informasiya ofisi elan edib ki, Nəsirat bələdiyyə sədrinin aradan qaldırılmasında əsas məqsəd fələstinlilər arasında xaos yaratmaq və humanitar böhranı gücləndirməkdir.

Qəzzədəki tibbi mənbələrin məlumatına görə, cümə axşamı səhərindən 70 fələstinli sionist rejimin bu zolağın müxtəlif bölgələrinə hücumlarında şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − five =