Nəsrullah: Amerika digər ölkələrin məktəb və universitetlərində homoseksuallığı təbliğ etməyə çalışır

Nəsrullah: Amerika digər ölkələrin məktəb və universitetlərində homoseksuallığı təbliğ etməyə çalışır

Livan Hizbullahının baş katibi bu cümə axşamı günorta İslam Təhsil İnstitutu və İmam Zamanın (ə.f) mövludu ilə bağlı təşkil olunan bayram mərasimində çıxış edərək Amerikanın homoseksuallığı adi mədəniyyətə çevirməyə çalışdığını bildirib.

Nəsrullah çıxışının əvvəlində İmam Mehdi (ə.f) məktəblərinin yaranmasının ildönümü münasibətilə bütün Livan müəllimlərini Müəllimlər Günü münasibətilə təbrik edib və deyib:

Keçən illərdə itirdiyimiz bütün qardaş və bacılarımızı xatırlamağın yeri var. Son illərdə müəllimlərin səyləri ikiqat artıb. Xüsusən də, Korona dövründə və Livanın üzləşdiyi çətin həyat şərtlərində müəllimlərin dirənişi yüksək qiymətləndirilir.

O, indiki nəslin üzləşdiyi çoxlu təhlükələrin olduğuna diqqət çəkib və sözlərinə belə davam edib: Səbəb onların üzünə hər şeyin açıq olmasıdır.

Əvvəllər mediaya ailələr tərəfindən nəzarət var idisə, bu gün yoxdur. Bu gün mövcud olan hər bir dini dəyərdən imtina edilməyə çalışılır.

Bu məsələ tədris metodlarında özünü göstərir. Bu kontekstdə amerikalılar da homoseksuallıq mədəniyyətini təbliğ etməyə, onu məktəblərdə və universitetlərdə adi bir mədəniyyətə çevirməyə çalışırlar.

Əl-Məyadin kanalının məlumatına görə, Hizbullahın baş katibi bildirib ki, narkotiklərin məktəblərdə və universitetlərdə yayılması bu gün gənclərin üzləşdiyi təhlükələrdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =